Rusiya Prezidenti Vladimir Putin bu gün televiziya vasitəsilə xalqa müraciət edəcək.
Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.
Qeyd edək ki, bu gün Putin Təhlükəsizlik Şurasının fövqəladə geniş iclasını keçirib. Dövlət başçısı iclas iştirakçılarının məruzələrini dinlədikdən sonra bazar ertəsi qərar verəcəyini bildirib.