Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının müşavirəsini keçirir.
“Report” “RİA Novosti”yə istinadən bildirir ki, dövlət başçısı şura üzvlərinə Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparmağı təklif edib.
O, ilk sözü Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyquya verib. Nazir söyləyib ki, Rusiya sərhədinin qərb hissəsi zirehli texnikanın hesabına möhkəmləndirilib. O, Ukraynadakı müharibəyə könüllülərin cəlb olunması təklifini irəli sürüb. V.Putin bu ideyanı bəyənib və Ukrayandakı müharibəyə könüllülərin cəlb edilməsinə razılıq verib.
V.Putin müdafiə nazirinin Donetsk və Luqanskdakı separatçılara qənimət silah və texnikanın verilməsi təklifini də bəyənib.