Putin Rusiyanın START müqaviləsində iştirakını dayandıran qanunu imzalayıb

Putin Rusiyanın START müqaviləsində iştirakını dayandıran qanunu imzalayıb Rusiya Prezidenti Vladimir Putin “Strateji Hücum Silahlarının azaldılması Müqaviləsi”ndə (START-3) iştirakın dayandırılması barədə qanun imzalayıb.
Region
28 Fevral , 2023 19:13
Putin Rusiyanın START müqaviləsində iştirakını dayandıran qanunu imzalayıb
Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putin “Strateji Hücum Silahlarının azaldılması Müqaviləsi”ndə (START-3) iştirakın dayandırılması barədə qanun imzalayıb.

"Report" bu barədə TASS-a istinadən xəbər verir.

Qeyd edək ki, Putin fevralın 21-də Rusiyanın START müqaviləsindən çıxdığını bəyan edib.

Rusiya Prezidenti bildirib ki, ABŞ Rusiyanın müqavilə ilə bağlı müraciətlərini rədd edir.

ABŞ Prezidenti Cozef Bayden bu qərarı böyük səhv hesab edib.

Müqavilə Rusiya və ABŞ arasında bağlanıb, o, hər iki ölkənin nüvə arsenallarının azaldılmasını nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi