“Qara Abdulla” son mənzilə alqışlarla yola salınıb

“Qara Abdulla” son mənzilə alqışlarla yola salınıb Tbilisidə Rustaveli Teatrında Gürcüstanın əməkdar artisti, məşhur kino və teatr aktyoru Kaxi Kavsadze ilə keçirilən vida mərasimi başa çatıb
Region
1 May , 2021 14:43
“Qara Abdulla” son mənzilə alqışlarla yola salınıb

Tbilisidə Rustaveli Teatrında Gürcüstanın əməkdar artisti, məşhur kino və teatr aktyoru Kaxi Kavsadze ilə keçirilən vida mərasimi başa çatıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, iki gün davam edən mərasimdə ölkənin rəsmi şəxsləri, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və sadə vətəndaşlar da iştirak ediblər.

Əfsanəvi aktyorla vidalaşanlar onu alqışlarla son mənzilə yola salıblar. K.Kavsadze Saburtalo qəbiristanlığında həyat yoldaşı Bela Mirianaşvilinin yanında dəfn olunacaq.

Qeyd edək ki, tanınmış gürcü aktyor aprelin 27-də koronavirusun səbəb olduğu ağırlaşmalardan 85 yaşında vəfat edib.

K.Kavsadze “Səhranın bəyaz günəşi” filmində yaratdığı “Qara Abdulla” obrazı ilə böyük məşhurluq qazanıb. Azərbaycan tamaşaçısı onu həm də rejissor Rezo Esadzenin 1975-ci ildə lentə aldığı “İlk baxışdan məhəbbət” komediya filmində azərbaycanlı Səlim və 2002-ci ildə Xalq yazıçısı Çingiz Abdullayevin “Dronqo” əsəri əsasında çəkilən eyniadlı bədii serialda “General” ləqəbli “qanuni oğru” rolu ilə tanıyır.

Son xəbərlər

Orphus sistemi