Qarabağ bəyanatından sonra 42 erməni hərbçi qeyri-döyüş şəraitində həlak olub

Qarabağ bəyanatından sonra 42 erməni hərbçi qeyri-döyüş şəraitində həlak olub Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında 2020-ci ilin 10 noyabrında imzalanmış Qarabağ bəyanatından sonra Ermənistan ordusunun 42 hərbi qulluqçusu qeyri-döyüş şəraitində həlak olub.
Region
30 İyul , 2021 07:11
Qarabağ bəyanatından sonra 42 erməni hərbçi qeyri-döyüş şəraitində həlak olub

Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında 2020-ci ilin 10 noyabrında imzalanmış Qarabağ bəyanatından sonra Ermənistan ordusunun 42 hərbi qulluqçusu qeyri-döyüş şəraitində həlak olub.

Bu barədə “Report” “Razminfo”ya istinadən xəbər verir.

Qeyd edilir ki, 42 ölüm faktı intihar, xəstəlik, avtomobil qəzaları, qətl və silahla rəftarla bağlı təhlükəsizlik qaydalarının pozulması ilə bağlıdır.

Bu dövr ərzində Ermənistan ordusunun 3 hərbi qulluqçusu itkin düşüb. Onlardan biri – çağırışçı Norik Mkrtıçyan mayın 18-də xidmət etdiyi hərbi hissəni tərk edib və bu günə kimi tapılmayıb. İyulun 14-də Sünik əyalətində hərbi qulluqçular - A.Nakbandyan və A.Torozyanla əlaqə kəsilib. Hərbi qulluqçulardan bu günə kimi xəbər yoxdur.

Son xəbərlər

Orphus sistemi