Gürcüstanda son sutkada təsdiqlənən koronavirusa 196 yeni yoluxma halının 3-ü azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunun payına düşüb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya jurnalistlərə açıqlamasında bildirib.
Bununla da son üç gündə Qardabanidə COVID-19 aşkarlanan şəxslərin sayı 12-yə çatıb.