Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda koronavirusa yoluxanların sayı 63-ə çatıb.
“Report”un yerli bürosu xəbər verir ki, yoluxma hallarının 60%-i Qaracalar kəndində təsdiqlənib.
Rayonda əhali arasında kütləvi testləmə davam etdirilir. İndiyədək bələdiyyə üzrə 2 mindən çox insan COVID-19-la bağlı tibbi müayinədən keçirilib.
Qeyd edək ki, Qaracalar kəndi koronavirusun geniş yayılması riski ilə bağlı iyulun 24-dən təcrid olunub.