Qardabanidə koronavirusa yeni yoluxma aşkarlanıb

Qardabanidə koronavirusa yeni yoluxma aşkarlanıb Gürcüstanın əsasən azərbaycanlıların yaşadığı Qardabani rayonunda koronavirusa yoluxanların sayı 1 nəfər artıb.
Region
5 Avqust , 2020 11:53
Qardabanidə koronavirusa yeni yoluxma aşkarlanıb

Gürcüstanın əsasən azərbaycanlıların yaşadığı Qardabani rayonunda koronavirusa yoluxanların sayı 1 nəfər artıb.

“Report”un yerli bürosu xəbər verir ki, yoluxma faktı Qaracalar kəndində təsdiqlənib.

Bununla da rayonda COVID-19-a yoluxanların ümumi sayı 64-ə çatıb. Onların 39 nəfəri Qaracalar sakinidir.

Qeyd edək ki, Qaracalar kəndi iyulun 24-də “qırmızı zona” elan edilərək təcrid olunub. 

Son xəbərlər

Orphus sistemi