"Gürcüstan hakimiyyəti dinc, ağıllı siyasət yürütməklə ərazi bütövlüyünü bərpa etməyi planlaşdırır".
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Cənubi Osetiyada hərbi əməliyyatların başlamasının 14-cü ildönümü münasibətilə bildirib.
“Biz ərazi bütövlüyümüzü bərpa edəcək və ölkəni birləşdirməklə dinc, ağıllı siyasət yolu tutacağıq. Biz məqsədimizə - Gürcüstanın birləşdirilməsinə nail olacağımıza inanırıq!”, - o feybukda yazıb.