Qazaxıstan MSK: “Senatın tərkibi 80 faiz yenilənib”

Qazaxıstan MSK: “Senatın tərkibi 80 faiz yenilənib” Seçkilərin nəticələrinə əsasən, Qazaxıstan Senatının (parlamentin yuxarı palatası) tərkibi 80 faiz yenilənib.
Region
16 Yanvar , 2023 11:54
Qazaxıstan MSK: “Senatın tərkibi 80 faiz yenilənib”

Seçkilərin nəticələrinə əsasən, Qazaxıstan Senatının (parlamentin yuxarı palatası) tərkibi 80 faiz yenilənib.

“Report” “Sputnik-Qazaxıstan”a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Konstantin Petrov məlumat verib.

"Seçilmiş 20 deputatdan 3-ü qadın, 17-si kişidir. Orta yaş həddi 53,8-dir", - o deyib.

MSK sədri Nurlan Abdirov seçkilərin yüksək seçici fəallığı şəraitində və rəqabətli şəkildə keçdiyini vurğulayıb.

Xatırladaq ki, 2023-cü il yanvarın 14-də Qazaxıstan Senatına (parlamentin yuxarı palatası) seçkilər keçirilib. Seçkilərin nəticələrinə əsasən, ölkənin bütün regionlarında, eləcə də Astana, Almatı və Çimkənddə 20 yeni deputat seçilib.

Son xəbərlər

Orphus sistemi