Qazaxıstan Senatının (parlamentin Yuxarı Palatası) sədri Maulen Aşimbayev koronavirusa yoluxub.
“Report” “CentralAsia”ya istinadən xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində yazıb.
Senat sədrinin sözlərinə görə, xəstəliyi simptomsuz keçirir: “Bütün ehtiyat və qoruyucu tədbirlərə baxmayaraq mənim sonuncu testim müsbət çıxdı. Ancaq heç bir əlamət yoxdur. Həkimlərin bütün məsləhətlərinə əməl edəcəyəm. Özünü təcriddə olsam da fəaliyyətimi məsafədən davam etdirəcəyəm. Senatdan olan həmkarlarımla daim əlaqədə olacağam”.
Qeyd edək ki, Maulen Aşimbayev 1971-ci il yanvarın 28-də anadan olub. Əl-Fərabi adına Qazaxıstan Milli Dövlət Universitetini, ABŞ-ın Taftsa Universitetini, Fletçer adına Hüquq və Diplomatiya Məktəbini (ABŞ) bitirib. O, 2020-ci ilin mayın 4-də Senatın sədri seçilib.