General-leytenant Ruslan Jaksılıkov Qazaxıstanın müdafiə naziri təyin olunub.
“Report” xəbər verir ki, bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayev müvafiq sərəncam imzalayıb.
Xatırladaq ki, R.Jaksılıkov ötən ilin sentyabrında Qazaxıstan daxili işlər nazirinin müavini – Milli Qvardiyanın komandanı vəzifəsinə təyin olunmuşdu.
Qeyd edək ki, R.Jaksılıkov 1966-cı ildə Almatı vilayətinin Kaskelen şəhərində anadan olub. O, 1996-cı ildə Frunze adına Hərbi Akademiyasından “komanda-qərargah əməliyyat-taktiki qoşun kəşfiyyatı” ixtisası üzrə məzun olub. R.Jaksılıkov 2004-cü ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasının ali akademik kurslarını “dövlətin hərbi təhlükəsizliyi” ixtisası üzrə bitirib.