Qazaxıstanda baş verən atışmada 5 nəfər ölüb

Qazaxıstanda baş verən atışmada 5 nəfər ölüb Qazaxıstanın Almatı şəhərində baş verən atışma nəticəsində 5 nəfər ölüb.
Region
20 Sentyabr , 2021 17:38
Qazaxıstanda baş verən atışmada 5 nəfər ölüb

Qazaxıstanın Almatı şəhərində baş verən atışma nəticəsində 5 nəfər ölüb.

“Report” TASS-a istinadən bildirir ki, bu barədə Almatı Şəhər Polis İdarəsi məlumat yayıb.

Hadisə sentyabrın 20-də baş verib. Ölənlərdən ikisi polis əməkdaşıdır.

Məlumata görə, evdən çıxarılmaya dair məhkəmə qərarının icrası zamanı yerli sakinlərdən biri, 1967-ci ildə anadan olmuş D. adlı şəxs məhkəmə icraçıları, sahə müvəkkili və Fövqəladə Hallar üzrə İdarənin əməkdaşlarına odlu silahdan atəş açıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi