Qazaxıstan Müdafiə Nazirliyinin “Mi-8” helikopteri təlim uçuşu yerinə yetirərkən Aktobe vilayətində sərt eniş edib.
“Report” xəbər verir ki, bu barədə Qazaxıstan KİV ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin məlumatına görə, təlim uçuşu zamanı göyərtədə 3 ekipaj üzvü olub, sərt eniş sonrası onlardan biri ölüb, ikisi ağır vəziyyətdə xəstəxanaya çatdırıb.
Qeyd olunub ki, hadisənin təfərrüatları araşdırılır, olay yerində qurumlararası əməliyyat qrupu işləyir.