Qazaxıstanda “Omikron” ştamı aşkarlanıb

Qazaxıstanda “Omikron” ştamı aşkarlanıb Qazaxıstanın paytaxtı Nur-Sultanda 1, həmçinin hazırda davam edən etirazların mərkəzi Almatıda 7 nəfərdə koronavirusun “Omikron” ştamı aşkarlanıb
Region
6 Yanvar , 2022 17:16
Qazaxıstanda “Omikron” ştamı aşkarlanıb

Qazaxıstanda koronavirusun “Omikron” ştamına yoluxma faktı qeydə alınıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bildirilib ki, paytaxt Nur-Sultanda 1, Almatıda isə 7 nəfərdə koronavirusun “Omikron” ştamı aşkarlanıb.

Qeyd edək ki, yanvarın 2-dən Qazaxıstanın Janaozen və Aktau şəhərlərində etiraz aksiyaları başlayıb. Kütləvi toplaşma ilə nəticələnən etiraz aksiyaları ölkənin digər bölgələrinə yayılıb. Şəhər sakinləri maye qazının ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar. Hazırda etirazların mərkəzi ölkənin Almatı şəhəridir.

Son xəbərlər

Orphus sistemi