Hərbi hissədə partlayışların baş verdiyi Qazaxıstanın Jambıl vilayətinin Bayzak rayonunda fövqəladə vəziyyət elan edilib.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə vilayət rəhbəri Berdibek Saparbayev qərar qəbul edib.
Fövqəladə halın aradan qaldırılmasına region rəhbərinin müavini Talqar Mamayev rəhbərlik edəcək. Ona hadisənin fəsadlarının aradan qaldırılması tapşırılıb.