Qazaxıstanda keçirilən prezident seçkisinin ilkin nəticəsinə əsasən, hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev 81,31 faizi səs toplayıb.
“Report” “Zakon”a istinadən xəbər verir ki, bunu ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov bildirib.
Onun sözlərinə görə, səsvermə iştirak edən 6 546 392 seçici Kasım-Jomart Tokayevə səs verib.
Dövlət başçısı vəzifəsi uğrunda yarışa qoşulan Karakat Abdenə 206 206 (2,6 faiz), Nurlana Auesbayevaya 176 116 (2,22 faiz), Jiqulu Dayrabayeva 271 641 (3,42 faiz) və Saltanat Tursınbekoya isə 168 731 (2,12 faiz) seçici səs verib.
Səsvermədə iştirak edən seçicilərin 5,8 faizi, yaxud 460 484-ü bütün namizədlərin əleyhinə səs verib.