Qazaxıstandakı sülhməramlıların komandanı məlum olub

Qazaxıstandakı sülhməramlıların komandanı məlum olub Qazaxıstana göndərilən KTMT sülhməramlılarına Rusiyanın Hava-Desant Qoşunlarının komandanı Andrey Serdükov başçılıq edəcək
Region
7 Yanvar , 2022 11:49
Qazaxıstandakı sülhməramlıların komandanı məlum olub
Andrey Serdükov

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana göndərilən sülhməramlılarının komandanı məlum olub.

“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, KTMT sülhməramlılarına Rusiyanın Hava-Desant Qoşunlarının komandanı, general-polkovnik Andrey Serdükov başçılıq edəcək.

Qeyd edək ki, 2015-ci ildə A.Serdükov Şərqi Ukraynada Rusiya qoşunlarına komandanlıq edib.

Son xəbərlər

Orphus sistemi