Qazaxıstanın Çimkənd şəhərində, Şərqi Qazaxıstan, Karaqanda və Türküstan əyalətlərində bu gün saat 18:00-dan etibarən fövqəladə vəziyyət ləğv olunur.
“Report” xəbər verir ki, bu barədə ölkə Prezidenti Qasım Jomərt Tokayev müvafiq fərman imzalayıb.
Xatırladaq ki, ötən gün də Şimali Qazaxıstan, Qərbi Qazaxıstan, Pavlodar əyalətlərində fövqəladə vəziyyət ləğv edilib.