Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Lazar Komanesku bu gün Gürcüstana səfər edəcək.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.
Oktyabrın 19-dək davam edəcək səfər çərçivəsində L.Komanesku Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani ilə görüşəcək. Tərəflər Qara dəniz hövzəsində iqtisadi əməkdaşlığın perspektivləri, həmçinin bölgədə təhlükəsizliklə bağlı vəziyyəti müzakirə edəcəklər.
Baş katib Gürcüstan parlamentinin Mədəniyyət Komitəsinin rəhbəri Eliso Bolkvadze ilə də görüşəcək.
Qeyd edək ki, Gürcüstan bu ilin iyulun 1-dən dekabrın 31-dək QDİƏT-ə sədrlik edir.