Qırğız Respublikasının keçmiş Prezidenti ölkəsini tərk edib 

Qırğız Respublikasının keçmiş Prezidenti ölkəsini tərk edib  Qırğız Respublikasının keçmiş Prezdenti Almazbek Atambayev müalicə olunmaq üçün ölkəsini tərk edib.
Region
15 Fevral , 2023 10:30
 Qırğız Respublikasının keçmiş Prezidenti ölkəsini tərk edib 

Qırğız Respublikasının keçmiş Prezidenti Almazbek Atambayev ölkəsini tərk edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə sabiq dövlət başçısının yaxınları bildirib.

Məlumata görə, A.Atambayev fevralın 15-də səhər saatlarında Birləşmiş Ərəb Əmirliklərinə gedib. Keçmiş dövlət başçısı oradan İspaniyaya yola düşəcək. Onu oğlu Kadır Atambayev müşaiyət edir.

A.Atambayev İspaniyada müayinə və müalicə kursu keçəcəyini bildirib.

Qeyd edək ki, o, fevralın 14-də həbsxanadan buraxılıb.

Son xəbərlər

Orphus sistemi