Qırğız Respublikasının müdafiə naziri dəyişib

Qırğız Respublikasının müdafiə naziri dəyişib Qırğız Respublikasının Prezidenti Sadır Japarov müdafiə naziri Taalaybek Omuraliyevin yerinə Baktıbek Bekbolotovu təyin edib.
Region
6 Sentyabr , 2021 16:38
Qırğız Respublikasının müdafiə naziri dəyişib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov müdafiə naziri Taalaybek Omuraliyevin yerinə Baktıbek Bekbolotovu təyin edib.

“Report” 24.kg-ya istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Taalaybek Omuraliyev başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, Baktıbek Bekbolotov Qırğız Respublikası Silahlı Qüvvələrinin polkovnikidir. O, Milli Qavrdiyada xidmət edib, Panfilov diviziyasının komandiri olub. Baktıbek Bekbolotov müdafiə naziri təyin olunanadək Bişkek Maşınqayırma zavodu Səhmdar Cəmiyyəti idarə heyətinin sədri işləyib.

Son xəbərlər

Orphus sistemi