Qırğızıstan Prezidenti Sadır Japarov Türkiyənin şimal-qərbində yerləşən Bursa şəhərinə işgüzar səfərə gedib.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Səfər çərçivəsində S.Japarov sentyabrın 29-da İznik şəhərində start götürən IV Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edəcək.
Oyunlarda 102 ölkədən 3000-dən çox idmançı qüvvəsini sınayacaq.
IV Dünya Köçəri Oyunlarının açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.