Qırğızıstan Tacikistanla sərhəddən vətəndaşlarını təxliyə edir

Qırğızıstan Tacikistanla sərhəddən vətəndaşlarını təxliyə edir Qırğız Respublikası vətəndaşlarını Tacikistanla sərhəd bölgədən təxliyə etməyə başlayıb.
Region
4 İyun , 2021 18:35
Qırğızıstan Tacikistanla sərhəddən vətəndaşlarını təxliyə edir

Qırğız Respublikası vətəndaşlarını Tacikistanla sərhəd bölgədən təxliyə etməyə başlayıb.

“Report” “24.kg”yə istinadən xəbər verir ki, bu barədə yerli sakinlər bildiriblər.

Məlumata görə, sərhədyanı Çon-Alay rayonunun Unju-Bulak yaşayış məntəqəsindən yaşlıları, qadınları və uşaqları təxliyə etməyə başlayıblar.

Bildirilib ki, onlar Unju-Bulakdan çıxaraq Daroot-Korqon yaşayış məntəqəsinə köçmək istəyirlər. Qırğızıstan hökumətinin Oş vilayətindəki nümayəndəsi vəziyyətlə bağlı hələ ki açıqlama verməyib.

Son xəbərlər

Orphus sistemi