Qırğızıstanda koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ilin mart ayından tətbiq edilən fövqəladə vəziyyət rejimi noyabrın 1-dən ləğv ediləcək.
“Report” xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Müvafiq qərarı hökumət başçısı Akılbek Japarov imzalayıb. Qərarın qəbulu ölkədə epidemioloji vəziyyətin sabitləşməsi və xəstələnmə səviyyəsinin azalması ilə əlaqədardır.
Səhiyyə Nazirliyinin məlumatına görə, son vaxtlar qeydə alınan bütün COVID-19 halları yüngül və ya asimptomatikdir, ağır və ya ölümlə nəticələnən hallar müşahidə edilməyib.