Qırğızıstanda sərhəd hadisələri zamanı zərər çəkənlərin kreditlərini silmək təklif olunur

Qırğızıstanda sərhəd hadisələri zamanı zərər çəkənlərin kreditlərini silmək təklif olunur Qırğız Milli Bankı Tacikistan ilə sərhəddə baş vermiş hadisələrdən zərər çəkmiş Batken və Oş vilayətlərinin sakinlərinin kreditlərini silinməsini təklif edib.
Region
10 Oktyabr , 2022 11:48
Qırğızıstanda sərhəd hadisələri zamanı zərər çəkənlərin kreditlərini silmək təklif olunur

Qırğız Milli Bankı Tacikistan ilə sərhəddə baş vermiş hadisələrdən zərər çəkmiş Batken və Oş vilayətlərinin sakinlərinin kreditlərini silinməsini təklif edib.

“Report” “Sputnik-Qırğızıstan”a istinadən xəbər verir ki, Milli Bank kommersiya banklarının, bank olmayan kredit təşkilatlarının (BOKT) və ixtisaslaşmış maliyyə-kredit təşkilatlarının müştərilərin daxil olan bütün müraciətlərinə baxması və onlara dəstək göstərməsi haqqında qərar qəbul edib.

Təklifə əsasən hadisələr nəticəsində ölənlərin, yaralananların, habelə biznesini və/və ya yaşayış əmlakını və s. itirmiş şəxslərin kreditlərinin silinməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi