Qırğız Respublikasının Çolpon-Ata şəhərində Türk Dövlətləri Xüsusi Xidmət Orqanları Konfransının XXIV iclası keçirilir.
“Report” xəbər verir ki, Azərbaycanı toplantıda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin rəis müavini Samir İsmayılov təmsil edirlər.
İclasda eyni zamanda, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Xidmətinin rəisi Kamçıbek Taşıyev, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin rəisi Yermek Sagimbayev, Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan, Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Abdusalom Əzizov iştirak edirlər.
Konfransda terrorçuluğa qarşı birgə mübarizə məsələsi müzakirə olunur.
Qırğızıstan Prezidenti Sadır Japarov nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.
O bildirib ki, dərin tarixi əlaqələr, çoxəsrlik mehriban qonşuluq təcrübəsi, həmçinin ölkələr və xalqlar arasında səmərəli əməkdaşlıq türk dövlətlərinin xüsusi xidmət orqanları arasında əlaqələri dərinləşdirir.