Rəisi: “İran dinc nüvə proqramı ilə bağlı geri addım atmayacaq”

Rəisi: “İran dinc nüvə proqramı ilə bağlı geri addım atmayacaq” “Rəsmi Tehran dinc nüvə proqramına olan hüquqlarını həyata keçirməkdən geri addım atmayacaq”.
Region
9 Aprel , 2022 17:51
Rəisi: “İran dinc nüvə proqramı ilə bağlı geri addım atmayacaq”
İbrahim Rəisi

“Rəsmi Tehran dinc nüvə proqramına olan hüquqlarını həyata keçirməkdən geri addım atmayacaq”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi dövlət televiziyasında yayımlanan çıxışı zamanı bildirib.

“İran xalqının nüvə proqramı hüququnun müdafiəsi baxımından geri addım atmayacağıq. Bir daha bəyan edirik: bizim atom sənayemiz dinc xarakterlidir”.

Xatırladaq ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası və ABŞ-ın bu sazişə qayıtması ilə bağlı Vyanada aparılan 8 mərhələli danışıqlarda martın 11-i fasilə elan edilib. Daha əvvəl danışıqların fevralın sonunadək başa çatacağı gözlənilirdi. Təxminən, 20 səhifəlik sənədin mətni razılaşdırılıb. Sənəd sazişin ilkin formasına qayıtmaqla bağlı gələcək tədbirlərdən bəhs edir.

Son xəbərlər

Orphus sistemi