Rumıniya hökuməti Buxarestdəki “Rusiya evi”ni bağlayıb

Rumıniya hökuməti Buxarestdəki “Rusiya evi”ni bağlayıb Rumıniya hökuməti paytaxt Buxarestdə “Rusiya evi” kimi fəaliyyət göstərən Rusiya Mədəniyyət və Elm Mərkəzini bağlayıb.
Region
21 Fevral , 2023 17:33
Rumıniya hökuməti Buxarestdəki “Rusiya evi”ni bağlayıb

Rumıniya hökuməti paytaxt Buxarestdə “Rusiya evi” kimi fəaliyyət göstərən Rusiya Mədəniyyət və Elm Mərkəzini bağlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rumıniyanın Xarici İşlər Nazirliyindən bildirilib.

Moskvanın Buxarestdəki səfiri Valeriy Kuzmin fevralın 21-də Rumıniya XİN-ə çağırılıb. Diplomat qərarla bağlı məlumatlandırılıb.

Nazirlikdən qeyd olunub ki, mərkəz reallığın və tarixi həqiqətin Rumıniya ictimai rəyi səviyyəsində təhrif edilməsinə yönəlmiş fəaliyyətlə məşğul olub.

XİN-in məlumatına görə, Rusiya Ukraynaya hərbi müdaxilə edəndən sonra mərkəzin bu istiqamətdə fəaliyyəti intensivləşib.

Son xəbərlər

Orphus sistemi