Rusiya cavab tədbiri olaraq Estoniya, Latviya və Litvanın diplomatlarını ölkədən qovur.
“Report” xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.
Bu ölkələrin səfirlərinə “rusiyalı diplomatlarının təxribatla qovulması ilə əlaqədar qəti etiraz” bildirilib.
Litva səfirliyinin 2 əməkdaşı, eləcə də Latviya və Estoniya səfirliklərinin hər birinin 1 əməkdaşı yeddi gün ərzində Rusiya Federasiyasını tərk etməlidir.
Bundan başqa, Rusiya cavab tədbiri olaraq Slovakiya səfirliyinin 3 əməkdaşını “persona non grata” elan edib və onlar mayın 5-dək ölkəni tərk etməlidirlər. Slovakiya səfirinə bildirilib ki, rusiyalı diplomatların qovulması ikitərəfli münasibətlərə zərər vurur.