"Azərbaycan, Ermənistan və Rusiya regionda nəqliyyat yollarının açılması, iqtisadi əlaqələrin qurulması əhval-ruhiyyəsindədir".
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk sentyabrın 20-də İrəvanda keçirilən Rusiya-Ermənistan biznes forumunda bildirib.
“İşçi qrup üçtərəfli görüş keçirir. Sonuncu, 7-ci görüş avqustun ortalarında Moskvada olub. Tərəflər iqtisadiyyat və nəqliyyat əlaqələrinin açılması ovqatındadır. Hazırda bunun müzakirəsi gedir”, - A.Overçukq bildirib.
Ermənistan Baş nazirinin müavini Mqer Qriqroyan da nəqliyyat əlaqələrinin açılmasının faydalı olacağını vurğulayıb.
Qeyd edək ki, Rusiya-Ermənistan biznes forumunun sponsoru “Sputnik Armeniya” agnetliyidir. Bu tədbirdə daha çox rusiyalı erməni iş adamları iştirak edir.