Rusiya-Gürcüstan sərhədini keçmək istəyən avtomobillərin sayı 5 500-ə çatıb.
“Report” xəbər verir ki, məlumatı TASS yayıb.
Bildirilib ki, bunların 3 600-ü minik avtomobilləridir, 1900-ü isə tranzit məqsədilə hərəkət edən yük avtomobilləridir. Məlumata görə, bu yük avtomobillərin 600-ü nəzarət-keçid məntəqəsindədir.
Qeyd edək ki, bir müddət əvvəl Gürcüstanla sərhəddə Rusiyanın hərbi komissarlığının yoxlama-nəzarət məntəqəsinin açılacağına dair məlumat yayılıb.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra viza ləğv olunmayan ölkələrə axın artıb.