Ukrayna ordusu Xerson şəhərinə daxil olub - YENİLƏNİB

Ukrayna ordusu Xerson şəhərinə daxil olub - YENİLƏNİB Rusiyanın hərbi qüvvələri Ukraynanın Xerson vilayətinin eyniadlı şəhərini tərk ediblər.
Region
11 Noyabr , 2022 15:12
Ukrayna ordusu Xerson şəhərinə daxil olub - YENİLƏNİB

Ukrayna Silahlı Qüvvələri Şumensk rayonu istiqamətindən Xerson şəhərinə daxil olub.

“Report” xəbər verir ki, məlumatı UNIAN yayıb.

Bildirilib ki, Ukrayna hərbçiləri həmçinin Xerson vilayətinin Belozerka, Çaykino və Klapaya yaşayış məntəqələrini də işğaldan azad edib.

14:40

Rusiyanın hərbi qüvvələri Ukraynanın Xerson vilayətinin eyniadlı şəhərini tərk ediblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Alyoşka və Qolaya Pristan kimi şəhərləri keçmək istəyənlər üçün bərələr işləyir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.

Sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində “referendum” keçirilib. Vətəndaşlar Rusiyanın tərkibinə daxil olmağa razı olub-olmadıqları barədə suala cavab veriblər. Elan olunan nəticələrə görə “referendum”da iştirak edənlərin böyük əksəriyyəti həmin vilayətlərin Rusiyaya birləşdirilməsini dəstəkləyib.

Rəsmi Kiyev, beynəlxalq təşkilatlar və dünyanın heç bir ölkəsi “referendum”ların nəticəsini tanımayıb.

Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin "suverenliyi"nin və "müstəqilliyi"nin tanınması haqqında fərman imzalayıb.

Həmin gün Ukraynanın dörd separatçı bölgəsinin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanıb. Mərasim Moskvada Böyük Kreml sarayının Georgiyevsk zalında keçirilib.

Sazişləri Rusiya Prezidenti Vladimir Putin, separatçı “Donetsk Xalq Respublikası”nın, “Luqansk Xalq Respublikası”nın, Xerson və Zaporojye vilayətlərinin rəhbərləri imzalayıblar.

Rusiya Dövlət Duması və Federasiya Şurasının ratifikasiyasından sonra oktyabrın 5-də V.Putin sazişləri təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi