Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Axtırka şəhərindəki uşaq bağçasını atəşə tutması nəticəsində 3 nəfər ölüb, 17 uşaq yaralanıb.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın deputatı Fyodor Venislavski “Rada” kanalının efirində söyləyib.
Bildirilib ki, yaralanan uşaqlardan 3-nün vəziyyəti ağırdır.