Rusiya İstintaq Komitəsi Telman İsmayılovun ekstradisiyası üçün əlavə tapşırıqlar verib

Rusiya İstintaq Komitəsi Telman İsmayılovun ekstradisiyası üçün əlavə tapşırıqlar verib Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin iş adamı Telman İsmayılovun Monteneqrodan ekstradisiyası üçün əlavə tədbirlərin görülməsini tələb edib.
Region
24 Oktyabr , 2021 14:05
Rusiya İstintaq Komitəsi Telman İsmayılovun ekstradisiyası üçün əlavə tapşırıqlar verib

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Azərbaycan əsilli iş adamı Telman İsmayılovun Monteneqrodan ekstradisiyası üçün əlavə tədbirlərin görülməsini tələb edib.

"Report" bu barədə komitənin saytına istinadən xəbər verir.

Bastrıkin komitənin Hüquqi təminat və beynəlxalq əməkdaşlıq departamentinin tabeliyində olanlara xüsusi tapşırıq ünvanlayıb, Baş Prokurorluq və Rusiya Xarici İşlər Nazirliyi də ekstradisiyaya kömək etməlidir.

Komitə sədri vurğulayıb ki, İsmayılov ağır və xüsusilə ağır cinayətlərdə ittiham edildiyi üçün Rusiya qanunlarına əsasən cavab verməlidir:

"İstintaqın topladığı sübutlar iş adamının iki sahibkarın qətlində, adam oğurluğunda və qanunsuz silah alverində iştirakını təsdiqləyir".

Bastrıkin qeyd edib ki, cinayət işində adı keçən şəxsə Monteneqroda siyasi sığınacaq verilməsi ilə xəbərlərdən çaşqındır, çünki söhbət adi cinayətlərdən getmir.

Qeyd edək ki, Rusiyada qətl və adam oğurluğu cinayətlərində ittiham olunaraq Monteneqroda saxlanılmış Telman İsmayılov oktyabrın 22-də bu ölkədən siyasi sığınacaq alıb.

Telman İsmayılov sifarişli qətllərin təşkilinə görə 2017-ci ildən beynəlxalq axtarışdadır.

Son xəbərlər

Orphus sistemi