Rusiya Müdafiə Nazirliyi Qərb Hərbi Dairəsinin Maliyyə İdarəsinin rəhbəri, 58 yaşlı Marina Yankinanın meyiti Sankt-Peterburqun Kalinin rayonunda yaşadığı evdə aşkarlanıb.
“Report” xəbər verilir ki, məlumatı “RBK” yayıb.
Binanın 16-cı mərtəbəsinin eyvanında onun şəxsi əşyaları və sənədləri tapılıb.
Hüquq-mühafizə orqanları hadisənin intihar olduğunu ehtimal edirlər.
Faktla bağlı araşdırma aparılır.