Rusiya Hava-Kosmik Qüvvələri Qazaxıstanın Sarı Şaqan poliqonunda raket hücumundan müdafiə üzrə yeni raket sistemini sınaqdan keçirib.
“Report” xəbər verir ki, məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.
Ölkənin Hava-Kosmik Qüvvələrinin Raket Hücumundan Müdafiə birliklərinin komandanı general-mayor Sergey Qrabçuk bildirib ki, yeni sistemin sınağı uğurlu olub.
Məlumata görə, Rusiyanın Müdafiə Nazirliyi Sarı Şaqanda sonuncu dəfə 2020-ci ilin noyabrında raket sınağı keçirib. Bundan əvvəl raket sınaqları 2020-ci ilin oktyabr, 2019-cu ilin iyun və iyul, 2018-ci ilin fevral, iyul, avqust və dekabr, 2017-ci ili noyabr aylarında keçirilib.