Rusiya Qəzzadakı bütün vətəndaşlarını təxliyə edib

Rusiya Qəzzadakı bütün vətəndaşlarını təxliyə edib Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qəzzadan 1100 nəfəri təxliyə etdiklərini açıqlayıb
Region
20 Dekabr , 2023 17:25
Rusiya Qəzzadakı bütün vətəndaşlarını təxliyə edib

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qəzzadan 1100 nəfəri təxliyə etdiklərini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

M.Zaxarova bildirib ki, dekabrın 18-də Qəzza zolağından təxliyə edilən rusiyalıların son qrupu və onların fələstinli ailə üzvləri xüsusi reyslə Qahirədən Moskvaya gəliblər.

"Ümumilikdə 1100-dən çox insan Rusiyaya təxliyə edilib. Dəstəyinə görə tərəfdaşlarımıza minnətdarıq",- o əlavə edib.

Son xəbərlər

Orphus sistemi