Rusiyanın Helsinkidəki səfiri Pavel Kuznetsov Finlandiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Diplomata Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində keçirilən “referendum”larla bağlı Finlandiya hökumətinin etirazı çatdırılıb.
Qeyd edək ki, sentyabrın 23-dən 27-dək Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində “referendum” təşkil olunmuşdu. Rusiya Prezidenti Vladimir Putin oktyabrın 1-də həmin ərazilərin ölkəsinə birləşdiyini elan etmişdi.