Rusiya hərbi texnikaların üzərindəki “Z” və “V” hərflərinə aydınlıq gətirib

Rusiya hərbi texnikaların üzərindəki “Z” və “V” hərflərinə aydınlıq gətirib Rusiya Müdafiə Nazirliyi hərbi texnikalarının üzərindəki “Z” və “V” hərflərinin mənasını açıqlayıb
Region
3 Mart , 2022 09:45
Rusiya hərbi texnikaların üzərindəki “Z” və “V” hərflərinə aydınlıq gətirib

Rusiya Müdafiə Nazirliyi hərbi texnikaların üzərindəki “Z” və “V” hərflərinin mənasını açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi instaqramda paylaşım edib.

Hərflərin mənasını təsviri formada izah verən qurum “Z”nin “Za pobedu” (“Qələbə uğrunda”), “V”nin isə “Sila v pravde” (“Güc həqiqətdədir”) və ya “Zadaça budet vıpolnena” (“Tapşırıq yerinə yetiriləcək”) mənasına gəldiyini bildirib.

Qeyd edək ki, Ukraynanın işğalında istifadə olunan Rusiya Silahlı Qüvvələrinin texnikalarının üzərində “Z” və “V” hərfləri mövcuddur. Rusiya Müdafiə Nazirliyinin bu paylaşımındakı bu işarələr müxtəlif konspiroloji nəzəriyyələrə gətirib çıxarmışdı.

Son xəbərlər

Orphus sistemi