Rusia Silahlı Qüvvələrinin Ukraynaya raketlər və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücumu nəticəsində azı 11 nəfər ölüb.
“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
“Bu gün Rusiya Silahlı Qüvvələrinin həm PUA-lar, həm də raketlərlə həyata keçirdiyi hücumlar nəticəsində ölkənin 11 vilayətində 11 nəfər ölüb, 11 nəfər yaralanıb”, - qeyd edilib.
Rusia Silahlı Qüvvələrinin Ukraynanın Zaporojye vilayətinə raket hücumu nəticəsində 3 nəfər həlak olub, 7 nəfər xəsarət alıb.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə regional prokurorluqdan məlumat verilib.
Bildirilib ki, əsasən, Zaporojyedəki elektrik obyekti hədəf alınıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı deyib ki, Rusiyanın Qara dənizdəki gəmilərdən və bombardmançı təyyarədən buraxdığı 55 raketdən 47-si havada məhv edilib.
Rusiya Silahlı Qüvvələri Ukraynanın müxtəlif şəhər və vilayətlərini kütləvi raket hücumuna məruz qoyub.
“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, Kiyev, Jitomir, Çerkassı, Denpropetrovsk vilayətlərinə hücumlar olub.
Məlumata görə, həmçinin Krımın hava məkanında 4 Su-35 təyyarələri uçur.
Ukrayna Prezident Ofisindən bildirilib ki, raketlər vurulur.
Vətəndaşlara sığınacaqlardan çıxmamaq barədə xəbərdarlıq edilib.