Rusiya və Belarus ərazisindən Ukraynaya 788 qanadlı və ballistik raket atılıb

Rusiya və Belarus ərazisindən Ukraynaya 788 qanadlı və ballistik raket atılıb Genişmiqyaslı hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələri Ukraynaya 487 raket hücumu həyata keçirib və bu müddət ərzində Rusiya və Belarus ərazisindən Ukraynaya 788 qanadlı və ballistik raket atılıb.
Region
12 May , 2022 04:12
Rusiya və Belarus ərazisindən Ukraynaya 788 qanadlı və ballistik raket atılıb

Rusiya Silahlı Qüvvələri müharibə başlayandan Ukraynaya 487 raket hücumu həyata keçirib. Bu müddət ərzində Rusiya və Belarus ərazisindən Ukraynaya 788 qanadlı və ballistik raket atılıb.

“Report” “İnterfaks-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov bildirib.

Onun sözlərinə görə, bu raketlərdən 213 ədədi “İsgəndər” operativ-taktiki raketi, 61 ədədi “Toçka-U” əməliyyat-taktiki raketi, 235 ədədi dəniz və hava bazalı qanadlı raketlərdir, ümumilikdə 4 917 hava uçuşu həyata keçirilib.

“Təkcə may ayı ərzində Rusiya Silahlı Qüvvələri Rusiya ərazisindən 49 raket zərbəsi endirib, 74 qanadlı və ballistik raket, o cümlədən 4 ədəd “İsgəndər”, 8 ədəd “Toçka-U”, 2 ədəd dəniz və hava bazalı qanadlı raket atılıb, 459 hava hücumu həyata keçirilib”, - A.Qromov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi