Oktyabrın 11-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri Arşak Karapetyan arasında Moskvada görüş olub.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüş zamanı tərəflər müdafiə sahəsində əməkdaşlığa, Ermənistan sərhədindəki şəraitə və regional vəziyyətə dair məsələləri müzakirə ediblər.