Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Yeni Dehlidə ermənistanlı həmkarı Ararat Mirzoyan 10 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli sazişlərin icrasını müzakirə ediblər.
“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün istiqamətləri üzrə səylərin gücləndirilməsinin aktuallığı qeyd edilib.
Eyni zamanda gələcək diplomatik təmaslar barədə razılıq əldə olunub.