Rusiya və Türkiyənin müdafiə nazirləri Ukraynadakı vəziyyəti müzakirə ediblər

Rusiya və Türkiyənin müdafiə nazirləri Ukraynadakı vəziyyəti müzakirə ediblər Rusiyanın müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akar arasında telefon danışığı olub
Region
2 May , 2022 20:27
Rusiya və Türkiyənin müdafiə nazirləri Ukraynadakı vəziyyəti müzakirə ediblər

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə türkiyəli həmkarı Hulusi Akar Ukraynadakı vəziyyəti müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Türkiyə tərəfinin təşəbbüsü ilə 2022-ci il mayın 2-də Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub. Danışıqlar zamanı Ukraynadakı mövcud vəziyyət, o cümlədən humanitar məsələlər müzakirə olunub”, - nazirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi