Rusiyada əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Rusiya vətəndaşlığı almasını asanlaşdıran federal qanun qüvvəyə minib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, sənəd mövcud vətəndaşlıqdan imtinanı tələbini və yeni status almaq üçün Rusiyada azı 3 il yaşamaqla bağlı tələbi istisna edir.
Eyni qayda Rusiya vətəndaşı olan şəxslə nikahda olan və bu nikahdan övladı olan əcnəbilərə, valideynlərindən biri Rusiya vətəndaşlığına sahib olan və Rusiyada yaşayan əcnəbi vətəndaşlara da şamil ediləcək.
Həmçinin Rusiya universitetlərinin məzunları üçün vətəndaşlıq alınmasındakı şərtlərdən olan Rusiyada işləmə müddəti üç ildən bir ilə qədər azalır.
Xatırladaq ki, müvafiq federal qanunu 2020-ci ilin aprelində Rusiya Prezidenti Vladimir Putin imzalayıb.