Xersonun atəşə tutulması nəticəsində yaralananların sayı 58 nəfərə yüksəlib.
“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə prezident aparatının rəhbərinin müavini Kirilla Timoşenko məlumat verib.
“Hazırda 58 yaralı barədə məlumat var, onlardan 18-nin vəziyyəti ağırdır. 7 nəfər isə ölüb”, - o, sosial şəbəkələrdə yazıb.
Rusiya Silahlı Qüvvələri Xersonun mərkəzini atəşə tutub. Nəticədə 5 nəfər ölüb, 20 nəfər yaralanıb.
“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezident aparatı rəhbərinin müavini Kirilla Timoşenko bildirib.
“Düşmən Xerson vilayətinin ərazisini 74 dəfə atəşə tutub. Onlar artilleriyadan, reaktiv yaylım atəşi silahlarından, minaatanlardan və tanklardan atəş açıblar. Xersonun yaşayış məntəqələrinə amansızcasına hücum ediblər – düz 36 atəşə tutulma halı qeydə alınıb. Mərmilər mühüm infrastruktur obyektlərinə, uşaq bağçasına, məktəbə, xəstəxanaya, mağazalara, fabrikə, özəl və çoxmənzilli evlərə düşüb”, - o bildirib.