Rusiya XİN: "Ermənistandan cavab gözləyirik"

Rusiya XİN: "Ermənistandan cavab gözləyirik" "Biz Ermənistana verdiyimiz nota ilə əlaqədar bu ölkədən cavab gözləyirik".
Region
18 Avqust , 2022 17:19
Rusiya XİN: Ermənistandan cavab gözləyirik

"Biz Ermənistana verdiyimiz nota ilə əlaqədar bu ölkədən cavab gözləyirik".

"Report" bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev News.ru portalının sualını cavablandırarkən deyib.

"Bu gün Rusiyanın müvəqqəti işlər vəkili ilə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbərliyi arasında konstruktiv söhbət baş tutub. Biz cavab gözləyirik", - o bildirib.

Xatırladaq ki, Rusiya avqustun 17-də Ermənistana nota verib. Buna səbəb isə “Surmalu” ticarət mərkəzində baş verən partlayışla bağlı Rusiyanın ittiham olunmasıdır.

Son xəbərlər

Orphus sistemi