Rusiya XİN: Qərb ehtiyacı olan ölkələrə gübrə tədarükünü əngəlləməyə çalışır

Rusiya XİN: Qərb ehtiyacı olan ölkələrə gübrə tədarükünü əngəlləməyə çalışır “Qərb ölkələri sanksiyalar və proteksionizm fonunda Rusiyanın ehtiyacı olan ölkələrə ərzaq və gübrə tədarükünü əngəlləməyə çalışır”.
Region
26 İyul , 2024 03:19
Rusiya XİN: Qərb ehtiyacı olan ölkələrə gübrə tədarükünü əngəlləməyə çalışır

“Qərb ölkələri sanksiyalar və proteksionizm fonunda Rusiyanın ehtiyacı olan ölkələrə ərzaq və gübrə tədarükünü əngəlləməyə çalışır”.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.

“BMT təşkilatlarının sitat gətirdiyi aclıq və qida çatışmazlığı göstəriciləri son dərəcə əlverişsiz və şok edici mənzərə yaradır ki, bu da təxminən 50 milyon insanın - ilk növbədə Sahel ölkələrində, Qəzza zolağında, Əfqanıstanda, Yəməndə və Suriyada - aclıqdan ölüm astanasında olduğunu göstərir.

Qəzzada vəziyyət ən ağır olaraq qalır, çünki oradakı əhalinin demək olar ki, hamısı kifayət qədər ərzaq almır. Etiraf etmək məcburiyyətindəyik ki, bu fonda kollektiv Qərb dezinformasiya kampaniyasını davam etdirir və ehtiyacı olan inkişaf etməkdə olan ölkələrə Rusiyanın ərzaq və gübrələrinin tədarükünü sərtləşdirir. Onlar mənfi tendensiyaların əsl səbəblərini, daha doğrusu, maliyyə, iqtisadi və enerji sahələrində öz səhv hesablamalarını gizlətməyə çalışırlar”, – deyə o vurğulayıb.

Pankin vurğulayıb ki, Rusiya ərzaq, gübrə, enerji və digər mühüm məhsulların ixracı ilə bağlı müqavilələr üzrə öhdəliklərini məsuliyyətlə və vicdanla yerinə yetirməkdə davam edir.

Son xəbərlər

Orphus sistemi