"Ermənistanda dövlət çevrilişi məqsədi ilə 3 min “Vaqnerçi”nin olması ilə bağlı məlumatlar mifdir".
“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə "News.ru"nun sualını cavablandırarkən deyib.
“Bununla bağlı fotolar, sübutlar varmı? 3 min rəqəmini haradan götürüblər?”, - o bildirib.
M.Zaxarova bunların saxta məlumatlar olduğunu əlavə edib.